Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 27-ci turun “Karvan” – “Kəpəz” oyununun təyinatları müəyyənləşib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
Sabah – aprelin 10-da Yevlax şəhər stadionunda keçiriləcək bu qarşılaşmanı Nicat İsmayıllı idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ruslan Quliyev yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 11-də və 12-də keçiriləcək turun qalan görüşlərinin təyinatları daha sonra açıqlanacaq.
Azərbaycan, Premyer Liqa
27-ci tur
10 aprel
“Karvan” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Emin Əliyev.
AVAR: Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Yevlax şəhər stadionu, 15:30.
