Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda yerli Gürcüstan yığması ilə üz-üzə gəlib.
“Tiflis Arena”da baş tutmuş matç meydan sahibi komandanın qələbəsi ilə başa çatıb. Fasiləyə qədər imkanlardan istifadə edə bilməyən millimiz qapısında 2 qol görüb. İkinci hissəyə isə əskinə, komandamız qolla başlayıb. Cərimə zərbəsindən ötürməni Nihad İsmayılov qapıdan keçirib və fərqi azaldıb. Ancaq 31-ci dəqiqədə rəqib daha bir qol vurub. Sona 2 dəqiqə qalmış qapıçını meydan oyunçusu ilə əvəzləyən komandamız Manafoun timsalında fərqi yenidən minimuma endirib. Ancaq meydan sahibləri yenidən qol vurublar.
Futzal millimiz bu rəqiblə aprelin 11-də daha bir oyun keçirəcək. Eyni məkanda baş tutacaq görüşə saat 14:00-da start veriləcək.
Yoxlama oyunu
9 aprel
Gürcüstan – Azərbaycan 4:2
Qollar: Vaxtanq Jvaraşvili, 4:48. Janiko Georgiya, 5:06. İrakli Todua, 30:34. Nikoloz Kurtanidze, 38:51 – Nihad İsmayılov, 22:18. Kənan Manafov, 38:41.
Hakimlər: Qriqol Bliadze, Sopiko Rizhamadze, Qoça Taruaşvili (Gürcüstan).
Tiflis. “Tiflis Arena”. Saat 18:00.
Gürcüstan: 16. Əli Aslani, 4. Georgi Çimakadze, 8. Vaxtanq Kekeliya, 9. İrakli Todua (k), 18. Nikoloz Kurtanidze, 1. Luka Xarşiladze, 12. Tornike Bukiya, 2.Nikoloz Qabriçidze, 3. Saba Tkeşelaşvili, 6. Janiko Georgiya, 7. Şota Topuriya, 10. Vaxtanq Jvaraşvili, 11. Nika Xaratişvili, 14. Nukri Tçumburidze, 17. Arçil Sebiskveradze, 19. Saba Egriselaşvili, 20. Levan Svanidze.
Baş məşqç: Avtandil Asatiani.
Azərbaycan: 12. Rövşən Hüseynli, 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 17. Ədalət Ələkbərov, 1. Emin Kürdov (k), 3. Kənan Manafov, 4. Pünhan Qasımzadə, 5. Oqtay Rüstəmli, 9. Murad Quluzadə, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 14. Tofiq Mikayılov, 15. Novruz Kazıxanov, 18. Tofiq Əliyev, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.
