EN

PİRQUlU-ƏRÇİMAN YOLUNDA BƏRPA İŞLƏRİ DAVAM EDİR » AzadMedia.az

PİRQUlU-ƏRÇİMAN


Şamaxı rayonu ərazisində yerləşən Pirqulu–Ərçiman avtomobil yolunda baş verən güclü sel nəticəsində yolun bir hissəsi dağılıb və hərəkətə ciddi ziyan dəyib.

Hadisə intensiv yağıntılardan sonra qeydə alınıb. Sel suları yol örtüyünü yuyaraq bəzi hissələrdə çökmələrə və keçidin çətinləşməsinə səbəb olub. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Məsələ ilə bağlı AAYDA-nın 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Hazırda xüsusi texnika vasitəsilə yolun zədələnmiş hissələrinin bərpası və selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Görülən tədbirlər çərçivəsində yol yatağının möhkəmləndirilməsi, torpaq kütləsinin təmizlənməsi və hərəkətin təhlükəsizliyinin təmin olunması əsas prioritet kimi müəyyən edilib.

Chosen
23
1
azadmedia.az

2Sources