EN

Riçard Trautman Avropa çempionatında uğurlu nəticəyə inanır

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın cüdo millisinin Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıqları davam edir.

Futbolpress.az xəbər verir ki, kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlama verib.

Almaniyalı mütəxəssis qarşıdakı turnirə nikbin yanaşır:

“Komandanın hazırlığı istədiyimiz səviyyədədir, yaxşı təlim-məşq toplanışı keçmişik. Əlbəyaxa döyüş növləri olduğu üçün burada zədələr qaçınılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədəyə görə Avropa çempionatında iştirak edə bilməyəcək.

Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Həmçinin, Dünya çempionatına da diqqətlə yanaşırıq. Orada da yaxşı nəticələr qazanacağımıza inanıram. Əvvəlcədən proqnoz vemək çətindir. Ötən il Avropa çempionatında 5 medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram”.

Cüdo üzrə Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
49
futbolpress.az

1Sources