"Dünən ABŞ və İran iki həftəlik atəşkəs elan etdilər, atəşkəsin üstündən qısa müddət keçən kimi isə İsrail atəşkəsi pozdu. Ümumiyyətlə, atəşkəsin olması ehtimalı çox az və kövrəkdir".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi.
Siyasi şərhçi qeyd etdi ki, konkret olaraq İsrailin özünün dövlət hədəfləri var:
"İsrailin İranla bağlı mövqeyi bəllidir. İranı parçalamaq, mövcud sistemi aradan qaldırmaq İsrailin əsas hədəflərindəndir. Nə qədər ki, teokratik sistem var, İsrailin də dayanacağı ehtimalı yoxdur. Xüsusən də ABŞ-ni bu məsələdə öz arxasınca sürükləyib, müharibənin davam etdirilməsinə məcbur edir. ABŞ-nin özündə də bir maraq var, çünki Çinin Yaxın Şərqdə artan nüfuzu və İranla əlaqələrini dərinləşdirməsi də ABŞ-ni narahat edən mövzular sırasındadır. Mən atəşkəs olacağına inanmıram. Ola bilsin ki, bəlkə də müvəqqəti hansısa formada bir sakitləşmə ola bilər, amma bu atəşkəsin kövrəkliyi və tez-tez pozulma hallarını biz qarşıdakı dövrlərdə böyük ehtimalla görəcəyik".
Aytəkin TOFİQQIZI