EN

“Yuventus” Luçano Spaletti ilə razılığa gəlib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 9 aprel, AZƏRTAC

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisi bununla bağlı 67 yaşlı mütəxəssislə razılığa gəlib. Belə ki, Spaletti daha iki mövsüm “qoca sinyora”nın başına olacaq. Rəsmi açıqlama aprelin 11-də olacaq.

Təcrübəli çalışdırıcının hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
1
azertag.az

2Sources