EN

UNEC tələbələrindən inklüziv sosial layihə: xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək təşəbbüsü

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycanda ilk dəfə olaraq layihəyönümlü tədris modeli çərçivəsində UNEC-in iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunmuş sosial layihəyə start verilib. Layihə UNEC, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova və ReadENG nəşriyyatının birgə əməkdaşlığı ilə həyata keçirilir.

525.az xəbər verir ki, layihə çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələri “Qrafik dizayn proqramları” fənni üzrə hazırladıqları işlərlə sosial məsuliyyət nümunəsi ortaya qoyublar. Tələbələr tərəfindən “İtmiş rənglərin sirri”, “Sükutdan doğan cəsarət”, “Səssizcə açılan gül”, “Rəngləri görülməyən ada” və “Elvin – xüsusi dostların dünyasına səyahət” adlı kitablar hazırlanıb.

Bu təşəbbüsün əsas məqsədi xüsusi diqqətə ehtiyacı olan uşaqların cəmiyyətdə özlərini təcrid olunmuş hiss etməmələrinə dəstək olmaq, eyni zamanda ictimaiyyətin onların emosional dünyası, xüsusiyyətləri və ehtiyacları barədə məlumatlılığını artırmaqdır.

Layihənin icrası prosesində UNEC Dizayn Məktəbi mühüm rol oynayır. Tələbələr məktəbin rəhbərliyi ilə birlikdə ReadENG nəşriyyatına səfər edərək layihənin icra mərhələlərini müzakirə ediblər. Görüşdə “Dizayn” kafedrasının müdiri Elfanə Qasımova və layihəyönümlü tədrisin koordinatoru, Təhsil və Təlim Mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva da iştirak ediblər. Qeyd olunub ki, tələbələr bir ay ərzində nəşriyyatda peşəkar heyətlə birgə çalışaraq layihələrini yekunlaşdıracaqlar.

UNEC tələbələrinin hazırladığı bu nəşrlər həm məzmun, həm də vizual baxımdan inklüziv dizayn prinsiplərinə əsaslanır. Layihə UNEC-də tətbiq olunan PBL (Project-Based Learning) yanaşmasının uğurlu nümunəsi kimi çıxış edir. Bu yanaşma tələbələrin real sosial problemlərə yaradıcı həllər təqdim etməsinə, eyni zamanda onların sosial məsuliyyət hissinin formalaşmasına mühüm töhfə verir.

Sevinc Qarayeva 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
525.az

1Sources