EN

Nəvaf Salam: Livan İsrailin hücumuna görə BMT TŞ-yə şikayət verəcək

Livan hökuməti İsrailin davam edən hücumuna görə BMT Təhlükəsizlik Şurasına şikayət verəcək.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam mətbuat konfransında bildirib.

"Biz İsrailin Livana hücumlarına görə BMT TŞ-yə dərhal şikayət ünvanlamaq və beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb etmək qərarına gəldik", - o deyib.

Salam Beyrutda və onun ətrafında sabitliyin qorunması üzrə tədbirlərin gücləndirildiyin qeyd edib, İsrailin dünənki zərbələri nəticəsində 200-dən çox insanın həlak olduğunu xatırladıb.

O, həmçinin Pakistan tərəfinə müraciət edərək Livanın İran və ABŞ arasında atəşkəs sazişinə daxil edilməsini təsdiq etməsini xahiş etdiyini bildirib.

"Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək İslamabadın atəşkəsin təmin edilməsi üzrə səylərini yüksək qiymətləndirdim və ondan atəşkəsin Livana da şamil olunduğunu təsdiq etməsini xahiş etdim. Bu, dünən şahidi olduğumuz İsrail hücumlarının təkrarlanmasının qarşısını almaq üçün vacibdir", - Salam qeyd edib.

Chosen
19
far.az

1Sources