EN

Ələtdə data mərkəzin yaradılması və bulud platformasının formalaşdırılması müzakirə edilib “Haimaker”in direktoru ilə görüş keçirilib

Marja.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Haimaker” şirkətinin baş icraçı direktoru Su Le ilə görüşüb.

Görüşdə Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizdə süni intellekt infrastrukturunun yaradılması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Bu istiqamətdə strateji təkliflər, o cümlədən Ələt azad iqtisadi zonasında data mərkəzin yaradılması və bulud platformasının formalaşdırılması məsələləri müzakirə edilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tərəflər əməkdaşlığın hüquqi əsaslarının təşkili, qabaqcıl texnologiyaların transferi və rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini nəzərdən keçiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
5
marja.az

6Sources