EN

Dövlət Departamenti: ABŞ və İran atəşkəs rejiminin parametrlərini dəqiqləşdirirlər

Dövlət Departamenti: ABŞ və İran atəşkəs rejiminin parametrlərini dəqiqləşdirirlər

Vaşinqton administrasiyası və İran hakimiyyəti müəyyən edilmiş atəşkəs rejiminin parametrləri ilə bağlı mübahisəli məsələləri həll etmək üzərində işləyirlər.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Vaşinqtondakı Atlantik Şurasında çıxışı zamanı bildirib.

“Biz uzunmüddətli və effektiv atəşkəsi təmin etməyə çalışırıq. Hesab edirəm ki, hər iki tərəf bunda maraqlı olduğunu ifadə edib. Atəşkəsin detallarına gəlincə, burada hər şey bir qədər qeyri-müəyyən oldu: o nə dərəcədə geniş ərazini əhatə edir, kimlərə şamil olunur və hansı hərbi əməliyyat teatrlarına aiddir? Lakin biz bütün bunları dəqiqləşdirmək üçün danışıqlar aparırıq" - deyə o qeyd edib.

Dövlət katibinin müavini həmçinin İranın gələcək perspektivlərinə toxunaraq bildirib: “Düşünürəm ki, biz hazırkı hərbi kampaniyanı başa çatdırmaq üçün fəal işləyirik. Hesab edirəm ki, İranı düşmən dövlət kimi deyil, ABŞ və digər ölkələrdən özəl investisiyaları alqışlayan bir dövlət kimi təsəvvür etmək heyrətamiz olardı. Bunun dünyanı necə dəyişə biləcəyi barədə düşünün”.

Xatırladaq ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Amerika lideri dəqiqləşdirib ki, bu qərar Pakistanın Baş naziri Şahbaz Şərifin təklifi və İranın Hörmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa hazır olması nəzərə alınaraq qəbul edilib.

İran dövlət televiziyasının məlumatına görə, Tehran atəşkəs üçün 10 şərt irəli sürüb. Bu şərtlər arasında hücum etməmə prinsipi, Hörmüz boğazı üzərində Tehranın nəzarəti, uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi, kompensasiya ödənilməsi və Amerika qüvvələrinin regiondan çıxarılması yer alır.

Chosen
30
50
afn.az

10Sources