EN

Yuxu çatışmazlığı erkən ölüm riskini artırır - XƏBƏRDARLIQ

Uzunmüddətli yuxu çatışmazlığı erkən ölüm riskini artıran ən az qiymətləndirilən amillərdən biri hesab olunur.

Far.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, davamlı olaraq az yatmaq müxtəlif səbəblərdən ölüm ehtimalını orta hesabla 12% yüksəldə bilər.

Bildirilir ki, hətta bir dəfəlik yuxu azlığı belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Xroniki yuxusuzluq isə əsəbilik, apatiya, tükənmişlik sindromu və depressiya kimi problemlərə yol açır. Depressiv vəziyyət isə öz növbəsində yuxu keyfiyyətini daha da pisləşdirərək qapalı bir dövr yaradır.

Eyni zamanda, uzun müddət kifayət qədər istirahət etməmək ürək-damar xəstəlikləri riskini də artırır. Orqanizm tam bərpa olunmadığı üçün hətta adi fiziki fəaliyyət zamanı belə daha çox enerji sərf olunur, bu da adrenalin ifrazının artmasına, nəbzin sürətlənməsinə və təzyiqin yüksəlməsinə səbəb olur.

Mütəxəssislər qeyd edir ki, enerjiyə qənaət etmək üçün fiziki aktivliyin azaldılması çəki artımına gətirib çıxarır və bu da ürək və damarlarla bağlı ciddi xəstəliklərin yaranma riskini daha da artırır.

Chosen
32
2
far.az

3Sources