EN

Rusiya və Ukrayna arasında hərbçi meyitlərinin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında hərbçi meyitlərinin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında davam edən müharibədə həyatını itirən hərbçilərin cəsədlərinin növbəti mübadiləsinin həyata keçirildiyi bildirilib.

AFN.az xəbər verir ki, Ukraynanın Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahından verilən məlumata görə, Rusiya tərəfi ukraynalı hərbçilərə məxsus olduğu bildirilən 1000 cəsədi Kiyevə təhvil verib.

Açıqlamada bu prosesin icrasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yaxından dəstək verdiyi xüsusi vurğulanıb.

Rusiyanın "TASS" xəbər agentliyi də anonim mənbələrə istinadən yaydığı xəbərdə Rusiyanın Ukrayna tərəfinə 1000 hərbçinin meyitini verdiyini, əvəzində isə Ukraynadan 41 rus əsgərinin cənazəsini aldığını təsdiqləyib.

Chosen
44
afn.az

1Sources