EN

Müctəba Xamenei: Hörmüz boğazının idarəçiliyini yeni mərhələyə daşıyacağıq

Müctəba Xamenei: Hörmüz boğazının idarəçiliyini yeni mərhələyə daşıyacağıq

İranın yeni ali rəhbəri Ayətullah Müctəba Hüseyni Xamenei müharibə tərəfdarı olmadıqlarını, lakin strateji Hörmüz boğazı üzərindəki nəzarəti gücləndirəcəklərini bəyan edib.

AFN.az xəbər verir ki, Xamenei ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlarda həyatını itirən ölkənin keçmiş lideri Əli Xameneyinin vəfatının 40-cı günü münasibətilə müraciət yayımlayıb.

Müraciətində müharibə nəticəsində İrana dəymiş həm maddi, həm də mənəvi zərərlərə görə mütləq təzminat tələb edəcəklərini vurğulayan Müctəba Xamenei "Qanuni haqlarımızdan heç vaxt vaz keçməyəcəyik. Hörmüz boğazının idarəçiliyini yeni bir mərhələyə daşıyacağıq" ifadəsini işlədib.

O, İranın bölgədəki bütün müqavimət cəbhəsini vahid bir tam kimi gördüyünü qeyd edərək, ölkəsinin cənub qonşularına da xəbərdarlıq edib: "Siz bir möcüzəyə şahidlik edirsiniz. Ona görə də hadisələri düzgün görün, düzgün anlayın və düzgün yerdə dayanın".

Bu bəyanat, xüsusilə Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması və boğazın statusunun dəyişdirilməsi ilə bağlı İran parlamentində aparılan müzakirələr fonunda Tehranın strateji su yolları üzərindəki iddialarını daha da sərtləşdirəcəyinə işarə kimi qiymətləndirilir.

Chosen
39
29
afn.az

10Sources