AZ

“İran dağıntılara baxmayaraq müharibədə qalib gəldi” − Xamenei

Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.

“İran İslam Respublikası Fars körfəzindəki müharibədə qalib gəlib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xamenei adından İran dövlət televiziyasının paylaşdığı bəyanatda deyilib.

“Düşmənin vurduğu zərər və zərbələrə baxmayaraq, silahlı qüvvələrimiz müharibəni böyük bir qələbəyə çevirdi”, - açıqlamada qeyd olunur.

O, həmçinin ölkə əhalisini son 40 gündə olduğu kimi, kütləvi mitinqlər və nümayişlər üçün İran şəhərlərinin küçələrinə çıxmağa davam etməyə çağırıb.

Bəyanatda həmçinin İranın Hörmüz boğazının idarəçiliyini yeni səviyyəyə qaldıracağı bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
29
yeniavaz.com

10Mənbələr