EN

SON DƏQİQƏ! Banka silahlı hücum edildi: Polis əməliyyat keçirir – Bu ölkədə

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya əyalətində yerləşən “Sparkasse” bankının filialına silahlı basqın edilib. Hadisə axşam saatlarında, bank fəaliyyətini bitirmək üzrə olarkən qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, əlinə silah alaraq bank binasına daxil olan naməlum şəxs orada gərgin anların yaşanmasına səbəb olub. Hadisə yerinə dərhal cəlb olunan polis qüvvələri binanı mühasirəyə alıb, havaya isə müşahidə üçün polis helikopterləri qaldırılıb. Şübhəli şəxs binanı tərk etməyə imkan tapmadan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən çevik əməliyyat nəticəsində zərərsizləşdirilib.

Saxlanılan şəxsin bu addımı hansı motivlə atdığı hələlik məlum deyil. Faktla bağlı genişmiqyaslı araşdırma başlanılıb. Hadisə zamanı bank əməkdaşları və müştərilər arasında xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat dəqiqləşdirilir.

Sara
NOCOMMENT.az

Chosen
36
nocomment.az

1Sources