EN

2026 Dünya Kubokunun hakimləri açıqlandı

2026 Dünya Kubokunun hakimləri açıqlandı

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kubokunda ədaləti qoruyacaq hakimlərin siyahısı bəlli olub.

AFN.az xəbər verir ki, FIFA-nın rəsmi açıqlamasına əsasən, 11 iyun - 19 iyul tarixlərində keçiriləcək turnirdə 6 konfederasiya və 50 ölkədən ümumilikdə 52 baş hakim, 88 köməkçi hakim və 30 video köməkçi hakim (VAR) vəzifə icra edəcək.

Siyahıda diqqət çəkən məqamlardan biri turnirdə Türkiyədən heç bir hakimin yer almamasıdır. FIFA tərəfindən seçilən 52 baş hakim və onların təmsil etdikləri ölkələr aşağıdakı kimidir:

Asiya (AFC): Abdulrahman Al Jassim (Qətər), Khalid Al Turais (Səudiyyə Ərəbistanı), Yusuke Araki (Yaponiya), Ma Ning (Çin), Adham Makhadmeh (İordaniya), Omar Al Ali (BƏƏ), Ilgiz Tantashev (Özbəkistan).

Avropa (UEFA): Espen Eskas (Norveç), Alejandro Hernandez (İspaniya), Istvan Kovacs (Rumıniya), François Letexier (Fransa), Danny Makkelie (Niderland), Szymon Marciniak (Polşa), Maurizio Mariani (İtaliya), Glenn Nyberg (İsveç), Michael Oliver (İngiltərə), Joao Pinheiro (Portuqaliya), Sandro Schaerer (İsveçrə), Anthony Taylor (İngiltərə), Clement Turpin (Fransa), Slavko Vincic (Sloveniya), Felix Zwayer (Almaniya).

Cənubi Amerika (CONMEBOL): Raphael Claus (Braziliya), Yael Falcon Perez (Argentina), Cristian Garay (Çili), Dario Herrera (Argentina), Kevin Ortega (Peru), Ramon Abatti (Braziliya), Andres Rojas (Kolumbiya), Gustavo Tejera (Uruqvay), Facundo Tello (Argentina), Jesus Valenzuela (Venesuela), Wilton Sampaio (Braziliya).

Şimali və Mərkəzi Amerika (CONCACAF): Ivan Barton (Salvador), Juan Calderon (Kosta-Rika), Ismail Elfath (ABŞ), Drew Fischer (Kanada), Katia Garcia (Meksika), Hector Said Martinez (Honduras), Oshane Nation (Yamayka), Tori Penso (ABŞ), Cesar Ramos (Meksika).

Afrika (CAF): Omar Abdulkadir Artan (Somali), Pierre Atcho (Qabon), Dahane Beida (Mavritaniya), Mustapha Ghorbal (Əlcəzair), Jalal Jayed (Mərakeş), Amin Mohamed (Misir), Abongile Tom (Cənubi Afrika).

Okeaniya (OFC): Campbell-Kirk Kawana-Waugh (Yeni Zelandiya), Alireza Faghani (Avstraliya - AFC-dən keçid).

Hakimlər korpusunda qadın hakimlərin (Katia Garcia və Tori Penso kimi) yer alması FIFA-nın son illərdəki inklüzivlik siyasətinin davamı kimi qiymətləndirilir. Turnirin açılış və final oyunlarını idarə edəcək hakimlər isə yarışın gedişatına uyğun olaraq daha sonra müəyyənləşəcək.

Chosen
58
afn.az

1Sources