EN

Azərbaycanlı milyarderin oğlu Türkiyə klubunu batırır

Türkiyənin "Serik Belediyespor" klubunda çıxış edən İlya Sadıqovun məhsuldarlığı azarkeşlərin və mətbuatın diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, klubun 50 faiz hissəsinə sahib olan azərbaycanlı iş adamı Tufan Sadıqovun oğlu bu mövsüm keçirdiyi 25 qarşılaşmanın heç birində qol vura bilməyib.

Mərkəz hücumçusu mövqeyində oynamasına baxmayaraq, 1119 dəqiqəlik qol həsrəti çəkən 25 yaşlı hücumçunun performansı ciddi suallar doğurur. Xüsusilə onun hər oyunda start heyətdə yer alması sosial mediada "ata imtiyazı" kimi yozularaq birmənalı qarşılanmır.

Peşəkar liqa səviyyəsində bir hücumçunun belə sönük statistika ilə "toxunulmaz" qalması idman ictimaiyyəti tərəfindən yüngül tənqidlərlə müşayiət olunur. Hazırda klubun bu nəticələrə rəğmən gənc oyunçuya olan inamını nə vaxta qədər davam etdirəcəyi maraqla gözlənilir.

Kamil Xudiyev

Chosen
24
2
fanat.az

3Sources