EN

“Pasxa atəşkəsi”: Kiyev Moskvaya qarşılıq verdi

Prezident Volodimir Zelenski Rusiyanın elan etdiyi “Pasxa atəşkəsi”nə cavab olaraq Ukraynanın analoji addım atmağa hazır olduğunu bildirib.

Oxu.Az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə o, öz “Telegram” kanalında yazıb.

Zelenski qeyd edib ki, Ukrayna dəfələrlə Pasxa bayramı günlərində atəşkəs təklif edib və indi buna uyğun hərəkət edəcək.

“İnsanlara təhdidsiz Pasxa və sülhə doğru real irəliləyiş lazımdır. Rusiyanın Pasxadan sonra da zərbələrə qayıtmamaq şansı var”, – deyə Ukrayna lideri bildirib.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin pravoslav Pasxası ilə əlaqədar aprelin 11-də saat 17:00-dan aprelin 12-si günün sonunadək bütün istiqamətlər üzrə döyüş əməliyyatlarının dayandırılması barədə göstəriş verib.

Chosen
61
27
editor.az

10Sources