AZ

Zelenski Pasxa atəşkəsindən yazdı: Rusiyanın atəşi bərpa etməmək şansı var

Ukrayna Prezidenti Vladimir Zelenski Pasxa bayramları zamanı atəşkəs elan etməyə hazır olduğunu təsdiqləyib.

Musavat.com xəbər verir ki, Zelenski bu barədə öz Telegram kanalında paylaşım edib: "Ukrayna dəfələrlə qarşılıqlı şəkildə cavab verməyə hazır olduğunu bildirib. Bu il Pasxa bayramları zamanı atəşkəs təklif etdik və buna uyğun hərəkət edəcəyik".

Ukrayna prezidenti insanların təhdidlərdən azad Pasxa bayramına və sülhə doğru həqiqi irəliləyişlərə ehtiyacı olduğunu vurğulayıb. Bundan əlavə, Zelenski əlavə edib ki, Rusiyanın Pasxadan sonra hücumları bərpa etməkdən yayınmaq şansı var.

Qeyd edək ki, martın 31-də Ukrayna prezidenti Rusiyaya Pasxa bayramları zamanı atəşkəs təklif edib. Lakin Kremlin sözçüsü Dmitri Peskov daha sonra bildirib ki, Moskva belə bir atəşkəs elan etmək niyyəti ilə bağlı heç bir qərar verməyib.

Aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin "Pasxa atəşkəsi" elan edib. Onun 11 aprel saat 16:00-dan 12 aprelin sonuna qədər qüvvədə olması planlaşdırılır. 

Musavat.com

Seçilən
1
27
musavat.com

10Mənbələr