Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putinin Pasxa atəşkəsi elanetməsindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin dəbuna uyğun addımlar atmağa hazır olduğunu bildirib.
Trend-inməlumatına görə, bu barədə Zelenski özünün teleqram kanalındaməlumat verib.
“Qarşılıqlı addımlar atmağa hazırıq. Bu il Pasxa bayramı zamanıatəşkəs təklif etmişdik və buna uyğun hərəkət edəcəyik. İnsanlarıntəhlükəsiz şəraitdə Pasxa bayramını qeyd etməyə ehtiyacı var”, –deyə Zelenski vurğulayıb.