EN

İsrail Qərb Sahilində onlarla yeni yəhudi məskəninin yaradılmasını təsdiqləyib » AzadMedia.az

İsrail


İsrail hökuməti işğal altındakı Qərb Sahilində onlarla yeni yəhudi məskəninin yaradılmasını təsdiqləyib. Bu barədə İsrailin hüquq-müdafiə təşkilatı Peace Now məlumat yayıb.

Məlumata görə, baş nazir Binyamin Netanyahu rəhbərlik etdiyi hökumət ümumilikdə 34 yeni məskənin yaradılmasını təsdiqləyib. Bildirilir ki, bu məskənlərin əksəriyyəti dağlıq və uzaq ərazilərdə yerləşən kiçik avanpostlardan ibarətdir. Qərar 1 aprel tarixində Nazirlər Kabineti tərəfindən qəbul edilib, lakin rəsmi şəkildə ictimaiyyətə açıqlanmayıb. Məlumat yalnız İsrail mediasında hərbi senzuranın icazəsindən sonra yayılıb.

Fələstin Prezidenti Administrasiyası planı “beynəlxalq hüququn kobud şəkildə pozulması” kimi qiymətləndirərək kəskin şəkildə pisləyib.

Bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Qərb Sahilindəki məskənlərinin beynəlxalq hüquqa zidd olduğunu və onların mümkün qədər tez ləğv edilməli olduğunu bildirmişdi.

Hazırda Qərb Sahilində təxminən 500 min yəhudi məskunlaşan və 3 milyona yaxın fələstinli yaşayır. İsrail hökumətinin məskunlaşma siyasəti, xüsusilə maliyyə naziri Bezalel Smotrich tərəfindən dəstəklənərək, bölgədə Fələstin dövlətinin yaradılması ideyasına maneə kimi qiymətləndirilir.

Son dövrlərdə bu siyasət fonunda məskunlaşanların fələstinlilərə qarşı zorakılıq hallarının da artdığı qeyd olunur.

Chosen
5
1
azadmedia.az

2Sources