EN

Fransa təcavüzkar NATO dan çıxmalıdır De Qoll

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa NATO komandanlığından çıxmalıdır, çünki ittifaq təcavüzkar siyasətin alətinə çevrilib.

Axar.az xəbər verir ki, bunu Fransanın sabiq prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qoll deyib.

O bildirib ki, Fransa 1966-cı ildə olduğu kimi, ittifaqın vahid komandanlığından çıxmaqla mövqeyini geri almalıdır.

De Qoll vurğulayıb ki, zaman keçdikcə ittifaq öz rolunu kökündən dəyişib:

"O, digər dövlətlərin təhlükəsizliyini təmin etmək bəhanəsi ilə hegemon işğal aləti olub. NATO təcavüzkar siyasət alətinə çevrilib və mənim fikrimcə, Avropa və bütün dünya üçün təhlükə yaradır".

Qeyd edək ki, Fransa 1966-cı il iyulun 1-də Prezident Şarl de Qollun rəhbərliyi ilə NATO-nun birləşmiş hərbi komandanlığından çıxdığını elan edib. Bu qərar ABŞ-ın ittifaqdakı hegemonluğuna qarşı müstəqil müdafiə siyasəti yürütmək və müstəqil nüvə gücünü inkişaf etdirmək məqsədi daşıyırdı. Fransa 43 il sonra, 2009-cu ildə hərbi strukturlara geri qayıdıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
axar.az

1Sources