EN

Azərbaycan və Gürcüstan birgə buraxılış məntəqəsi qurur

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“İpək Yolu - Abreşumis Qza” birgə gömrük-sərhəd buraxılış məntəqəsinin təsis edilməsi ilə bağlı Saziş layihəsi bu ilin dekbarın 1-dək imzalana bilər.Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, saziş layihəsi ilə bağlı işlər Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə həvalə edilib.

 

Qeyd edək ki, 5 aprel 2022-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında “Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Saziş təsdiq edilib.

Sənəddə bildirilib ki, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpək Yolu” - “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarının tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
5
bizim.media

6Sources