EN

SEPAH qonşu ölkələrə hücum iddialarını təkzibETDİ

SEPAH qonşu ölkələrə raket və PUA hücumları iddialarını təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəzi media orqanlarında İranın Fars körfəzinin cənub sahillərində yerləşən ölkələrdəki hədəflərə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi barədə yayılan xəbərləri qəti şəkildə təkzib edib.

Qurumun açıqlamasında qeyd olunub: “Əgər bu cür hadisələr baş vermiş olsaydı, bu, şübhəsiz ki, düşmənlər – İsrail və ya ABŞ tərəfindən təşkil olunmuş təxribat olardı”.

SEPAH vurğulayıb ki, İran İslam Respublikası Silahlı Qüvvələri atəşkəs müddətində heç bir ölkəyə qarşı hərbi əməliyyat həyata keçirməyib.

Açıqlamada həmçinin bildirilib ki, İran hər hansı hədəfə zərbə endirərsə, bunu açıq şəkildə və rəsmi olaraq elan edəcək, rəsmi mənbələrdə yer almayan məlumatların isə ölkənin silahlı qüvvələri ilə əlaqəsi yoxdur.

Aminə ŞAHSUVARQIZI

Chosen
30
1
redaktor.az

2Sources