EN

Yerli təşkilatın saytı hakerlərin hədəfi oldu

Bakı.Trend:

Yerli təşkilatlardan birinə məxsus veb-resurs kiberhücuma məruzqalıb. Kibercinayətkarlar serverə zərərli kod və fayllaryerləşdirərək ondan digər ölkələrin informasiya sistemlərinəicazəsiz müdaxilə üçün istifadə ediblər.

Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən məlumatverilib.

Bildirilib ki, eyni zamanda, həmin infrastruktur vasitəsiləistifadəçilərin fişinq məqsədli saxta resurslara yönləndirilməsitəmin olunub.

Elektron Təhlükəsizlik Xidmətinin (ETX) həyata keçirdiyioperativ tədbirlər sayəsində zərərli fayllar serverdən tamamiləsilinib, potensial boşluqların işlək mexanizmləri yoxlanılıb vəinformasiya sisteminin normal iş fəaliyyəti bərpa edilib.

Elektron Təhlükəsizlik Xidməti hadisə ilə əlaqədar informasiyasistemləri sahiblərinə bir daha informasiya sistemləri vəinfrastrukturlarının kibertəhlükəsizlik tələblərinə uyğunluğununyenidən qiymətləndirilməsini və zəruri təhlükəsizlik tədbirlərinintətbiqini daim nəzarətdə saxlanılmasını tövsiyə edir.

Məqalədə:
Chosen
49
az.trend.az

1Sources