Ajans.azxəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir müddətində Böyük və Balaca Həmyə kəndləri, H.Talıbov, Q.Qocaliyev, B.Bayramov, Ş.Xətai və A.Zahirov küçəsləi olmaqla ümumilikdə 1 916 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.