AZ

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Siyəzən rayonu Böyük Həmyə kəndi istiqamətində istismarda olan qaz xəttində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq bu gün saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir müddətində Böyük və Balaca Həmyə kəndləri, H.Talıbov, Q.Qocaliyev, B.Bayramov, Ş.Xətai və A.Zahirov küçəsləi olmaqla ümumilikdə 1 916 abonentin qaz təchizatında fasilə yaranacaq.

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
17
redaktor.az

10Mənbələr