EN

Kamçatkada itkin düşən turistlər TAPILDI: 2 nəfər donaraq ÖLÜB – VİDEO

Kamçatkada 2 turist donaraq ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Kamçatkanın Nalıçevski parkında turist qrupu ilə bağlı faciəli hadisə baş verib. Sankt-Peterburq və Çerepovetsdən olan 9 nəfərlik qrup martın 28-də yürüşə çıxıb.

Aprelin 3-də qrup daxilində yaranan münaqişə səbəbindən onlar iki yerə bölünüblər; iki nəfər qısa marşrutla, yeddi nəfər isə ləvazimat olmadan yollarına davam ediblər.

Hava şəraitinin pisləşməsi, güclü çovğun və şaxta (−9 °C) nəticəsində çadırsız qalan turistlərin vəziyyəti kritikləşib.

Xilasedicilər 7 saat davam edən axtarış-xilasetmə əməliyyatı nəticəsində qrupun iki üzvünün — Sankt-Peterburq Dağ Universitetinin tələbələri, 24 yaşlı Sergey və 22 yaşlı Fyodorun donmuş cəsədlərini tapıblar.

Qrupun digər 7 üzvü tapılıb, onlardan 5-i ağır donvurma xəsarətləri ilə vertolyotla təxliyə edilib.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma və təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddələri ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
10
interpress.az

1Sources