EN

ABŞ də İsrail Livan danışıqlarına ciddi hazırlıqlar gedir

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Livanlı yüksək vəzifəli bir rəsmi bildirib ki, ABŞ-nin ev sahibliyi ilə İsrail və Livan arasında gələn həftə ABŞ-də keçiriləcək görüşlər danışıqlar deyil, hazırlıq xarakteri daşıyır.

"Cebheinfo.az" xəbər verir ki, adının açıqlanmasını istəməyən livanlı rəsmi, ABŞ və İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəslə bağlı AA müxbirinə açıqlama verib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Livanla mümkün olan ən qısa müddətdə birbaşa danışıqlara başlanması barədə göstəriş verdiyini açıqlayıb.

Netanyahu danışıqlarla bağlı açıqlamasından qısa müddət sonra etdiyi ikinci bəyanatda Livanla birbaşa danışıqlar aparacaqlarını, lakin atəşkəsin olmayacağını bildirmişdi.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
cebheinfo.az

2Sources