EN

Türkiyədə yerli hərbi sistemlər Silahlı Qüvvələrin inventarına qəbul edildi

Türkiyədə yerli istehsal olunmuş bir sıra müasir hərbi sistemlər Silahlı Qüvvələrin inventarına daxil edilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilə EJDERHA elektron dövrəli əldəqayırma partlayıcı qurğuların aşkarlanması və zərərsizləşdirilməsi sistemi ilk dəfə olaraq Quru Qoşunlarının inventarına daxil edilib.

Bununla yanaşı, CATS elektro-optik/infraqırmızı kamera sistemi, “Aksungur” və “Akıncı” PUA-ları da Hərbi Hava Qüvvələrinin inventarına qəbul olunub.

Eyni zamanda, “Yeni Tipli Desant Gəmisi Layihəsi” çərçivəsində ikinci gəmi istismara verilib, üçüncü gəminin isə liman qəbul sınaqları uğurla tamamlanıb.

Chosen
45
poliqon.az

1Sources