EN

DİM-in keçirdiyi imtahanların təşkilində təxminən 15 min imtahan rəhbəri və nəzarətçi iştirak edir VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Respublika üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkilində təxminən 15 min imtahan rəhbəri və nəzarətçi iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə qurumun 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Məleykə Abbaszadə bildirib ki, imtahanların təşkilində müxtəlif bilik sahələri üzrə 7 min ekspert və 5 min müəllif və marker, sistemin əsasını qoymuş müəllimlər, metodistlər və veteranlar yer alır: “Hər bir innovativ həllin arxasında insanların böyük əməyi dayanır. Son on ildə DİM kollektivi digər dövlət qurumları ilə birlikdə addım-addım yeni bilik və kompetensiyalar ekosistemini formalaşdırıb”.

Müxbirlər - Aysel Azadqızı və Aytac Babayeva
Fotoqraf - Azər İbrahimov
Videooperator - Namiq Abdullayev
Chosen
4
3
azertag.az

5Sources