EN

"İsrail istəyir ki, İran və Türkiyə ondan asılı vəziyyətdə qalsın" - Zərdüşt Əlizadə

İsrail ordusu Livana qarşı hücumlarını davam etdirir.

Bəs İsrailin əsas istəyi nədir?

Politoloq Zərdüşt Əlizadə Redaktor.az-a açıqlamasında qeyd etdi ki, İsrailin əsas məqsədi bütün Yaxın Şərqdə öz hökmranlığını təsbit etməkdir:

"İsrail istəyir ki, bütün müsəlman ölkələri, İran və Türkiyə də daxil olmaqla, ondan asılı vəziyyətdə qalsınlar. İsrailin də bu istəyinə Amerika kömək edir. İsrail Livanda məsihilərlə müsəlmanları, sünnilərlə şiələri, müxtəlif məzhəbləri bir-biri ilə vuruşdurur, hökuməti hökumətin üzvü olan "Hizbullah"a qarşı qoyur. İsrailin siyasəti yalnız və yalnız yəhudi hegemonluğunun təşviqinə əsaslanır".

Aytəkin TOFİQQIZI

Chosen
10
2
redaktor.az

3Sources