EN

ABŞ və İran nümayəndə heyətləri İslamabada topalaşıbmı?

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, ilkin cədvəlinə əsasən, cümə günü İranla danışıqlar aparmaq üçün Amerika nümayəndə heyətinin başçılığı ilə Pakistanın paytaxtı İslamabada uçacaq.

"Yeni Sabah" xəbər verir ki, o, Pakistana "Andrews" Hərbi Hava Qüvvələri bazasından yola düşəcək. Amerika nümayəndə heyətinin gəliş vaxtı hələ açıqlanmayıb.

Danışıqların özlərinin yerli vaxtla şənbə günü səhər baş tutacağı gözlənilir. ABŞ-ni Trampın xüsusi elçisi Stiv Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner də təmsil edəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi və İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf İslam Respublikasını tərk etməyiblər; hər ikisi Tehranda qalıb və orada rəsmi vəzifələrini fəal şəkildə yerinə yetirirlər.

Bu barədə "Təsnim" agentliyi məsələ ilə tanış olan mənbəyə istinadən məlumat verib.

"Fars" agentliyi də İran nümayəndə heyətinin Pakistana gəlişi ilə bağlı xəbərləri təkzib edərək bildirib ki, Tehran "Livanda atəşkəs əldə olunana qədər Amerika tərəfi ilə sülh danışıqlarında iştirak etməyi planlaşdırmır".

Daha əvvəl "The Wall Street Journal" qəzeti İran nümayəndə heyətinin ABŞ ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün cümə axşamı axşam İslamabada gəldiyini bildirmişdi.

Nəşrin məlumatına görə, nümayəndə heyətinə İranın xarici işlər naziri və Parlament sədri rəhbərlik edir.


Telegram kanalımız
Chosen
22
29
yenisabah.az

10Sources