EN

“Meqa Həyat Sığorta”nın aktivləri 26%-ə yaxın azalıb

2025-ci ildə “Meqa Həyat Sığorta” ASC-nin aktivləri 25,7% azalaraq 35,8 milyon manat təşkil edib.

Bu barədə şirkətin hesabatında qeyd edilib. 

    Hesabat dövründə “Meqa Həyat Sığorta”nın xərclərində kəskin artım qeydə alınıb. Belə ki, 2025-ci ildə şirkətin cəmi xərcləri 2 dəfə artaraq 12,6 milyon manat təşkil edib. Ümumi xərclərin artımına əsas səbəb işlərin aparılması xərcləri və qaytarılan sığorta haqları üzrə xərclərin həcminin 2024-cü illə müqayisədə kəskin artması olub. Belə ki, ötən il işlərin aparılması xərcləri 44% çoxalaraq 6,1 milyon manata, qaytarılan sığorta haqları üzrə xərclər isə 2 dəfəyə yaxın artaraq 1,3 milyon manata yüksəlib.

    Ötən il şirkətin valyuta hesabı da 3,6% azalaraq 17,7 milyon manat təşkil edib.

    Şirkət dövr ərzində 943 min manat mənfəət vergisi ödəyib ki, bu isə illik müqayisədə 2,5 dəfə çoxdur.

    Bundan əlavə, dövr ərzində ASC-nin öhdəlikləri 42,8% azalaraq 19,6 milyon manata enib, balans kapitalı isə 15,9% artaraq 16,2 milyon manata yüksəlib.

    Chosen
    2
    2
    banco.az

    3Sources