EN

Qocalmaq bilməyən Benzema het-trik etdi -VİDEO

Səudiyyə Ərəbistanı çempionatının 29-cu turunda "Əl-Hilal" "Əl-Holud"u 6:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, fransalı ulduz hücumçu Kərim Benzema matçda het-trik müəllifi olub. 

Qeyd edək ki, 38 yaşlı futbolçu 30-cu dəqiqədə penaltidən yararlana bilməsə də, topu qapıya göndərərək matçdakı ikinci qolunu vurub.

Digər qolları Moteb Əl-Harbi, Salem Əl-Dovsari və Markos Leonardo vurub.
 

Xatırladaq ki, Benzema ötən qış "Əl-Hilal"a keçib. Yeni komandasında 7 oyuna çıxan forvardın hesabında 8 qol və 3 məhsuldar ötürmə var.

28 turdan sonra "Əl-Hilal" 68 xal toplayıb və Kriştianu Ronaldulu "Əl-Nəsr"dən iki xal geri qalaraq ikinci yerdədir.

Chosen
6
1
fanat.az

2Sources