EN

İçərişəhərdə qala divarında qismən dağılmanın bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş aşınmasının bərpasına Avstriyadan mütəxəssislər cəlb olunub.

“İki sahil” xəbər verir ki, bunu"Aztv"-yə müsahibəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin üzvü Aytac Əlisultanlı deyib.

A.Əlisultanlı onu da qeyd edib ki, mütəxəssislər İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində də uğurla fəaliyyət göstəriblər:

"Xarici memarlar İçərşəhər ərazisində illər ərzində tarixi memarlıq abidələrinin bərpası istiqamətində fəaliyyət göstəriblər. Həmin tikililərə həm ölkə, həm də dünya üçün əhəmiyyətli abidələr aiddir".

Onun sözlərinə görə, ilkin nəticələrin aradan qaldırılması üçün hazırda müvəqqəti möhkəmləndirilmə işləri aparılır:

"Bu işlər bir neçə günə yekunlaşacaq. Növbəti mərhələdə texniki mühəndis və tarixi qiymətləndirilmə aparılacaq. Bu işlərdən sonra isə əsaslı bərpa-konservasiya işlərinə başlanılacaq. Son mərhələ inşaatda ən çox vaxt tələb edən iş olduğuna görə, proses bir neçə ilə qədər çəkə bilər".

Chosen
24
1
ikisahil.az

2Sources