Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecÉ™ 8-11° isti, gündüz 13-16° isti olacaq. Atmosfer tÉ™zyiqi 760 mm civÉ™ sütunundan 764 mm civÉ™ sütununa yüksÉ™lÉ™cÉ™k. Nisbi rütubÉ™t gecÉ™ 75-85 %, gündüz 60-70 % olacaq
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecÉ™ 6-8° isti, gündüz 15-20° isti, daÄŸlarda gecÉ™ 0-5° isti, gündüz 5-10° isti olacaq.