EN

Azərbaycanda nikah üçün sənədlərə narkoloji arayışın əlavə olunması təklif edilir

Xalq qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanda nikaha daxil olmaq üçün tələb edilən sənədlərin sayının artırılması təklif olunur.

XQ xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" dəyişiklik layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

O təklif edib ki, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji asılılığın olub-olmadığı haqda arayış da tələb edilsin:

"Çünki bəzi nikah bağlanandan sonra şəxslərin narkoloji asılılığının olduğu ortaya çıxır. Bu ailə planlanmasında problem yaratmaqla bərabər boşanmaya da səbəb ola bilir. Narkoloji arayışın nikah üçün tələb edilən sənədlər siyahısına əlavə edilməsi boşanmaların sayının azalmasına da səbəb ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
11
xalqqazeti.az

10Sources