EN

Hizbullah və İsrail arasında qarşıdurma davam edir

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aprelin 10-da “Hizbullah” İsrailə qarşı bir sıra hücumlar həyata keçirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Bildirilib ki, “Hizbullah”ın hücumları Livanın cənubunda yerləşən İsrail hərbi qüvvələrinin toplanma məntəqələrini hədəf alıb.

Eyni zamanda İsrailin şimalında yerləşən Kiryat Şmona, Metula və Misqav Am yaşayış məntəqələrinin raket hücumlarına məruz qaldığı qeyd olunub.

Məlumata görə, İsrail ordusunun Livanın cənubuna hava zərbələrini davam etdirdiyi bildirilir.

Livan Səhiyyə Nazirliyi isə açıqlayıb ki, 8 apreldə İsrailin ölkə ərazisinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 303-ə, yaralıların sayı isə 1150-yə yüksəlib.

Nazirliyin məlumatına əsasən, 2 mart–9 aprel tarixləri arasında ümumi itkilər 1888 ölü və 6092 yaralı təşkil edib.

İsrail tərəfi isə ABŞ və İran arasında əldə olunan iki həftəlik atəşkəsin Livan ərazisinə şamil olunmadığını bildirib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
redaktor.az

2Sources