EN

AFFA “Şirvan”ı azarkeşlərinə görə 500 manat cərimələdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, İkinci Liqanın 21-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

İkinci Liqa, 21-ci tur

“Araz Saatlı” – “Ağstafa Gəncləri” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Araz Saatlı” komandası 200 manat cərimə edilib.

“Göygöl” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım maşınının gec gəlməsi səbəbindən gec başladığına görə “Göygöl” komandası 200 manat cərimə edilib.

“Şirvan” – “Xankəndi” oyununda “Şirvan”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə “Şirvan” komandası 500 manat cərimə edilib.

“Kür-Araz” – “Şəmkir” oyununun 61-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Tahir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Şəmkir” komandası buna görə 50 manat cərimə ödəyəcək.

“Quba” – “Şəki” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Quba” komandası 100 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
21
9
arena.az

10Sources