EN

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən növbəti ictimai dinləmə keçirilib.

"Əlilliyi olan şəxslərin hüquqları və yaradılan reabilitasiya şəraiti” mövzusuna həsr olunan ictimai dinləmə Şirvan Gənclər Evində təşkil olunub.

Görüşdə dövlət və bələdiyyə orqanlarının nümayəndələri, təhsil və səhiyyə işçiləri, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.

Tədbir iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri, əlilliyin qiymətləndirilməsi proseduru, son illərdə aparılan islahatlar, o cümlədən əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.

İştirakçıların əlillik meyarları, əlilliyin yenidən qiymətləndirilməsi, eləcə də reabilitasiya müəssisələrində bərpa müalicə kursu keçməklə bağlı sualları cavablandırılıb.

Chosen
36
qht.az

1Sources