EN

Təcili yardım avtomaşınlarının təmiri ilə əlaqədar tələb olunan ehtiyat hissələrinin alınması üçün 1.7 milyon ayrıldı

"Mercedes-Benz Vito" və "Mercedes-Benz Sprinter" markalı təcili yardım avtomaşınlarının təmiri ilə əlaqədar tələb olunan ehtiyat hissələrinin alınması üçün 1 722 114 AZN ayrılıb.

 

Pravda.az-ın xəbərinə görə, vəsait “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsinə məxsusdur.

 

Hazırda satışı həyata keçirəcək şirkət müəyyənləşməyib.

 

Cabir

Tarix: 10 Aprel 2026, 14:18   
Chosen
16
pravda.az

1Sources