EN

Qida sahəsində çalışan əməkdaşlar üçün təlim təşkil olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirib ki, təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, onların gündəlik fəaliyyətlərində bu qaydalara əməl etməyin əhəmiyyəti xüsusi vurğulanıb.

İştirakçılar üçün müəssisələrdə tətbiq olunmalı əsas qida təhlükəsizliyi qaydaları ilə bağlı təqdimatlar keçirilib. 

Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın əhəmiyyəti və təmizlik qaydalarından bəhs edilib. 

Sonda iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Chosen
3
1
cebheinfo.az

2Sources