EN

“İnşaatçılar”a həsr olunan metrostansiya: 1985 ci ildə nə baş vermişdi?

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şəhərləri quran, binaları ucaldan, yolları çəkən insanların - inşaatçıların peşə bayramı təkcə yerüstü tikililərlə deyil, həm də yerin altında gizlənən bir məkanla - Bakı metrosunun “İnşaatçılar” stansiyası ilə xatırlanır.

Hər gün minlərlə insanın istifadə etdiyi bu stansiya, əslində, adını daşıdığı peşənin zəhmətini və tarixini özündə yaşadır. Onun keçmişində təkcə mühəndislik uğurları deyil, həm də çətinliklər, risklər və uzun müddət səssiz qalan hadisələr yer alır.

Modern.az xatırladır ki, stansiyanın tikintisi zamanı heç də hər şey plan üzrə getməmişdi. “Elmlər Akademiyası” ilə “İnşaatçılar” stansiyaları arasındakı sahədə yeraltı sular və əlverişsiz qrunt qazma işlərini xeyli çətinləşdirmiş, tikinti sürətini kəskin şəkildə azaltmışdı.

Qazma işləri təxminən 250 metr irəliləmişdi ki, güclü su axını qruntu yararaq hazır tunelin təxminən üçdə iki hissəsini palçıq və lil ilə doldurmuşdu. Bu səbəbdən tikinti müvəqqəti olaraq dayandırılmışdı. Ulu öndər Heydər Əliyevin vaxtında etdiyi müdaxilədən sonra əraziyə xarici mütəssəsislər cəlb edilmişdi. Daha sonra qəza ərazisində su axınının maye azotla dondurulması üsulu tətbiq edilərək işlər davam etdirilmişdi. Nəticədə tunelin istiqaməti nisbətən dəyişdirilmiş və yeni xətt üzrə qazıntı aparılmışdı.

Bu hadisə Bakı metrosunun tikintisi zamanı baş verən ən çətin və diqqətçəkən hallardan biri kimi yadda qalıb. Stansiya isə tikintidə iştirak etmiş metro inşaatçılarının əməyinə ehtiram olaraq “İnşaatçılar” adlandırılıb.

Memarları Zeynəb Quliyeva və Oktay Şıxəliyev olan stansiya, nəhayət, 31 dekabr 1985-ci ildə istismara verildi.

Bu gün “İnşaatçılar” stansiyasına daxil olan sərnişinləri “Dağlar qızı Reyhan” mahnısının sədaları qarşılayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
modern.az

1Sources