EN

Zelenski: Ukrayna yeni “Patriot” raketləri alıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin hava hücumundan müdafiə sistemlərinə yeni “Patriot” raketlərinin çatdırıldığını açıqlayıb. O, raketlərin yaxın günlərdə ölkəyə gəldiyini və tərəfdaşların çatdırılmanı davam etdirdiyini bildirib.

Prezident əlavə edib ki, Ukrayna hakimiyyəti hava hücumundan müdafiə ehtiyatlarını artırmaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirir.

Vətəninfo.az xəbər verir ki, yeni raketlər PAC-3 tipli “Patriot” sistemləri üçün nəzərdə tutulub və ballistik, eləcə də hipersəs raketlərinə qarşı effektiv müdafiə təmin edir. Mart ayında Ramşteyn formatında keçirilən görüşdən sonra Ukrayna Almaniyadan yeni PAC-3 raketləri alıb.

Zelenski daha əvvəl ABŞ və Avropa ilə, xüsusən “Patriot” raket sistemi üçün kifayət qədər raket istehsalının təmin olunmasının vacibliyini vurğulamışdı. Mart ayının əvvəlinə olan məlumatlara görə, Ukrayna dörd illik müharibə dövründə Patriot sistemləri üçün təxminən 600 raket alıb.

Məlumata görə, təkcə İranla müharibənin ilk iki həftəsində ABŞ və Körfəz ölkələri təxminən 2 400 “Patriot” zenit raketindən istifadə edib.

Chosen
6
24
veteninfo.az

10Sources