Dövlət Sərhəd Xidmətinin (DSX) maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib, sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilib.
“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü islahatların ölkənin müdafiə qüdrətini keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini xüsusi vurğulayan general-polkovnik E.Quliyev bildirib ki, bu strategiyanın tərkib hissəsi olaraq DSX-nin maddi-texniki bazası müasir tələblərə uyğun şəkildə gücləndirilib, şəxsi heyətin peşəkarlıq səviyyəsi daha da artırılıb və sərhəd mühafizəsi sistemi ən qabaqcıl texnologiyalar əsasında təkmilləşdirilib.
DSX rəisinin sözlərinə görə, əldə olunan bu uğurlar Dövlət Sərhəd Xidmətinin qarşısında duran vəzifələrin daha yüksək səviyyədə icrasına geniş imkanlar açıb, sərhədlərimizin toxunulmazlığının təmin edilməsində mühüm rol oynayıb.