EN

Tatlısəs mesaj göndərdi: Ona halallıq verməyəcəyəm

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İbrahim Tatlısəsin xəstəxanadan göndərdiyi səsli mesaj göndərib.

"Cebheinfo.az" xəbər verir ki, sabah əməliyyat olunacağı gözlənilən müğənni xəstəxanadakı vəziyyəti və övladları ilə bağlı sərt fikirlərini bölüşüb. O, aparıcı Ece Erkenə göndərdiyi səsyazısında reanimasiyada olduğunu, amma özünü yaxşı hiss etdiyini bildirib.

Tatlısəs mesajında xüsusilə oğlu Ahmetə qarşı qəzəbini gizlətməyib. O deyib ki, meneceri Tuğçe və qızı Melek olmasaydı, Ahmetlə Dilanın onu görməsinə icazə verməzdi.

Müğənni övladı ilə bağlı çox ağır ifadələr işlədib. İbrahim Tatlıses bildirib ki, oğlunu bağışlamaq fikrində deyil, ona haqqını da halal etməyəcək.

Xatırladaq ki, sənətçi xəstəxanada olduğu günlərdə küsülü olduğu qızı Dilan, oğlu Ahmet və nəvəsi Mert də ona baş çəkməyə gəlib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
2
cebheinfo.az

3Sources