EN

İsrail Livana zərbələri davam etdirəcək, lakin miqyası azaldacaq

İsrail Livana qarşı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil, lakin onların miqyasını məhdudlaşdıracaq.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp hələlik İsraildən “Hizbullah”a qarşı kampaniyanı tam dayandırmağı tələb etməyib. Bununla belə, Vaşinqton bu hücumların İranla danışıqlara və Hörmüz boğazının açılması istiqamətində səylərə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.

Məlumata görə, İsrail ABŞ-nin mövqeyini nəzərə alaraq əməliyyatların intensivliyini azaltmağa hazırdır.

Xatırladılıb ki, İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl Livanla birbaşa danışıqların “mümkün qədər tez” başlanması barədə göstəriş verib.

“Axios” nəşrinin məlumatına əsasən, bu danışıqların gələn həftə Vaşinqtonda keçirilməsi və tərəflərin ABŞ-də səfir səviyyəsində təmsil olunması planlaşdırılır.

Bundan əvvəl İsrailin “Kan” dövlət televiziyası da ABŞ-nin təzyiqi nəticəsində İsrailin Livanla danışıqlara razılaşdığını bildirmişdi.

Aminə ŞAHSUVARQIZI

Chosen
25
1
redaktor.az

2Sources