EN

Fitnes zallarında qanunsuz satış - İdman qidaları ilə bağlı kritik XƏBƏRDARLIQ

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən fitnes zallarında reyd keçirib.

Musavat.com xəbər verir ki, monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib.

Belə ki, Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus "EG Fitness" idman zalında "İnstant Oats (ironmax)", "Amino Professional", "Ultra Strong (ironmax)", "Omega 3 Professional", "Creatine Powder (ironmax)", Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus "Tempo Fitness" idman zalında etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Həmçinin "Pure Whey Isolate 95", "CLA Green Tea plus L-Carnitine", "L-Carnitine Extreme Shot", "Extreme Speed Shot", "Arginin Ornitin", "Krom Aktiv", "Pump Express 2.0 Concentrate" əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkar edilib.

Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.

eyyub

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, idman qidaları dərman vasitəsi deyil və bu məhsullar, o cümlədən digər qida əlavələri tam şəkildə Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altındadır:

“İstehlakçılar bilməlidirlər ki, protein və s. qida əlavələri artıq iki ildir AQTA-nın tam nəzarətindədir. Uzun illər ərzində nəzarətsiz satış həyata keçirilib. Satışın sərbəst olması mümkündür və bu normaldır. Proteinləri həm apteklərdə, həm də müxtəlif mağazalarda və onlayn platformalarda tapmaq olar, lakin onların saxlanma şəraiti, istifadə müddəti və digər tələblər mütləq nəzərə alınmalıdır. Təəssüf ki, son 20 ildə populyarlaşan bu vasitələr hər kəs üçün eyni dərəcədə faydalı olmur. Verilən məlumatlara görə, bəzi hallarda idman proteinləri insanların orqanizmində istənilən nəticəni vermir və hətta daxili orqanlara mənfi təsir göstərə bilər. Bu səbəbdən istehlakçıların məhsullar barədə məlumatlı olması, düzgün dozada və məqsədəuyğun istifadə etməsi vacibdir. Proteinlərin düzgün istifadə edilməməsi daxili orqanlara və maddələr mübadiləsinə ciddi zərər vura bilər”.

Nigar Həsənli
Musavat.com

Chosen
7
12
musavat.com

10Sources