EN

Sıxlıqdan yayınmaq istəyən sürücü əks yola keçdi 99 BD 190 VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda kobud qayda pozan sürücü lentə alınıb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” nömrəsinə video göndərərək məlumat verib.

Hadisə aprelin 10-u səhər saatlarında qeydə alınıb. Kadrlarda 99-BD-190 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsünün sıxlıq səbəbindən hərəkəti gözləməyərək bütöv xəttin tələbini pozduğu və əks istiqamətli hərəkət zolağına çıxdığı görünür.

Şikayətçinin sözlərinə görə, həmin ərazidə tıxac yarandıqda bu kimi qayda pozuntuları mütəmadi xarakter alır və digər hərəkət iştirakçıları üçün əlavə risk yaranır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
avtosfer.az

1Sources